Gəncədə 30 sürücü cərimələndi - FOTO

10:00 15.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata  keçirib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan hafta.az-a verilən məlumata görə, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

 

Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Araşdırmalar zamanı 30 nəfər sürücü inzibitai məsuliyyətə cəlb edilib.